Niderlandda makakalar zooparkda qadının telefonunu oğurlayaraq video çəkiblər.
Hollandiyada meymunlar Drente əyalətinin Emmen şəhərində zooparka gələn ziyarətçinin telefonunu oğurlayaraq video çəkiblər.
Qaziler.az bildirir ki, bu barədə What's The Jam məlumat yayıb.
32 yaşlı Şahra Bəhlul zooparkda olarkən onu kimsə itələyib və onun telefonu makakaların olduğu volyerə düşüb. Qadın baş verənləri gözətçilərə danışıb və onlar cihazı daha sonra qaytaracaqlarına söz veriblər.
Ertəsi gün Bəhlul zooparka qayıdıb telefonu götürüb. Cihaz çirklənmişdi və qadın onu işə saldıqda dərhal bulud yaddaşına bir neçə fayl yüklənib. Məlum olub ki, makakalar telefonu ələ keçirib, video çəkib və selfi çəkdiriblər. Meymunların lentə aldığı videoda onların kameraya maraqla necə baxdıqlarını və telefonu bir neçə dəfə yerdən yerə sürüklədiklərini görmək olar.
QAZİLER.AZ