Zaxarova: "İlon Maskın atasına hədiyyəm var"

Zaxarova: "İlon Maskın atasına hədiyyəm var" backend

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova amerikalı sahibkar İlon Maskın atası Errol Maska hədiyyə verməyi planlaşdırdığını bildirib.

Qaziler.az xəbər verir ki, bu barədə RİA “Novosti” məlumat yayıb.

"Yuxarıda adıçəkilən şəxsə bir kiçik hədiyyəm var. Məndən ona verməmi istədilər. Görkəmli sənətkarlarımız onun burada olduğunu bildilər və ona verməyi xahiş etdilər, indi gedib bu missiyanı yerinə yetirəcəyəm", - Zaxarova "Gələcək Forum -2050" çərçivəsində jurnalistlərə İlon Mask və hazırda həmin forumda olan atası ilə bağlı sualı cavablandırarkən deyib.

Eyni zamanda diplomat hədiyyənin konkret olaraq kimə - İlon və ya Errol üçün nəzərdə tutulduğunu açıqlamayıb.

İyunun 9-da forumda Errol bildirib ki, Moskva Qərb mediasının göstərdiyindən tamamilə fərqlidir, çünki onlara həqiqəti söyləməyə icazə verilmir.

İş adamı Moskvaya tərəddüd etmədən gəldiyini də bildirib. Onun sözlərinə görə, onunla əlaqə saxlanılıb və gələcək barədə danışmaq üçün Rusiyanın paytaxtına gəlməsi xahiş olunub. Maskın atası rusların planetin ən ağıllı insanlarından biri olduğunu, düşünən insanlarda təəssürat yaratdığını, buna görə də hər mövzuda onların fikirlərini soruşmamağın dəlilik olduğunu söyləyib.

QAZİLER.AZ

Diaspora