İspaniya sakinləri artıq bir neçə ildir ki, turizmə qarşı şiddətli müharibə aparırlar. Belə ki, yay tətili dövründə turistlərə qarşı etirazların sayı kəskin şəkildə artır.
Qaziler.az-ın məlumatına görə, bu barədə “Daily Express” yazır.
Qarşıdan gələn bazar günü, 2025-ci il iyunun 15-i üçün İspaniyanın bir neçə məşhur şəhərində kütləvi turizmə qarşı genişmiqyaslı etirazlar planlaşdırılır ki, bu da oradakı əcnəbi turistlərə təsir göstərə bilər.
Xüsusilə, etirazların Barselona, Malaqa, San Sebastyan, Qranada, eləcə də kurort adaları olan Mayorka, İbiza, Menorka və Tenerifedə keçiriləcəyi bildirilir.
Etirazın köməyi ilə yerli sakinlər turistlərə görə üzləşdikləri problemlərə bir daha diqqət çəkmək istəyirlər. Xüsusilə, küçələrin sıxlığı, mənzil çatışmazlığı və bu ərazilərdə turizmin yüksək səviyyədə olmasının yaratdığı ekoloji yük kimi problemlərə diqqət çəkməyə çalışacaqlar.
Etirazçılar həmçinin yerli hakimiyyət orqanlarını tətil üçün İspaniyaya gələn turistlərin sayına məhdudiyyətlər qoymağa çağırıb.
QAZİLER.AZ