ABŞ-də manual terapevt çoxuşaqlı ananın damarını qırıb

ABŞ-də manual terapevt çoxuşaqlı ananın damarını qırıb backend

ABŞ-də manual terapevt çoxuşaqlı ananın damarını qırıb.

Qaziler.az xəbər verir ki, bu barədə “Daily Mail” məlumat yayıb.

Las-Veqas sakini, üç uşaq anası Karissa Klundt implantların çıxarılması əməliyyatından sonra neçə ildir bel və döş qəfəsində ağrılardan əziyyət çəkdiyi üçün həkimə müraciət edib. Üçüncü seansdan sonra ağrılar çəkilib. Lakin dördüncü seansda anaya başqa bir masajçı yaxınlaşıb. Bir hərəkətdən sonra xəstə boynunda xırıltı səsi eşidib və kəskin ağrı hiss edib.

"Mən dərhal nəyinsə səhv olduğunu anladım. Bəli, adətən bir xırıltı olur, lakin bu fərqli idi. Ağrı və ürəkbulanma hiss etdim", - Karissa deyib.

Ancaq massajçı narahatlığı əzələ gərginliyi ilə əlaqələndirib və ana aktiv həyat tərzi sürməyə davam edib, dərslər alıb, salona gedib. Bir neçə həftədən sonra Klundt huşunu itirməyə başlayıb.

Xəstəxanada həkimlər kompüter tomoqrafiyası ediblər və damar yırtığı diaqnozu qoyublar. Həkimlər bildiriblər ki, Karissa vaxtında kömək almasaydı, aldığı zədə insult və ya daha ağır nəticələr verə bilərdi.

Xəstə dərhal ixtisaslaşdırılmış klinikanın reanimasiya şöbəsinə yerləşdirilib. Evə buraxıldıqdan sonra qadın həyat tərzini tamamilə dəyişməli olub. O, daimi ağrılar, məhdud hərəkətlilik ilə üzləşib, həmçinin ona nitqi qavramaq və ifadə etmək qabiliyyətinə təsir edən afaziya diaqnozu qoyulub.

İndi Karissa başqalarını mümkün risklər barədə xəbərdar etmək üçün hekayəsini paylaşır ki, ehtiyatlı olsunlar.

QAZİLER.AZ

Diaspora