Zelenski: Ukraynanın nə qədər dözəcəyini gözləmək lazım deyil

Zelenski: Ukraynanın nə qədər dözəcəyini gözləmək lazım deyil backend

Ukrayna prezidenti Volodimir Zelenski ölkəsinin Rusiya ilə münaqişədə nə qədər dayanacağı sualına cavab verməkdə çətinlik çəkib və dünya ictimaiyyətini Moskvaya təzyiq göstərməyə çağırıb.

Qaziler.az-ın məlumatına görə, onun sözlərini “Valasz Online” nəşri sitat gətirib.

"Bu, çox çətin sualdır. Hələ heç kim Ukrayna xalqının nə qədər dözə biləcəyini ölçməyə cəhd etməyib. Biz bütün bunları dünən bitirə bilərdik. Belə ki, hər gün çox çətindir. Artıq bir ildir ki, itkilərə görə çətindir. Təbii ki, dünya liderləri Ukraynanın nə qədər dözə biləcəyindən danışa bilər, lakin biz dünyanın Putini dayandıracağını gözləyirik", - deyə Zelenski bildirib.

Onun sözlərinə görə, Birləşmiş Ştatlar yeni sanksiyalar tətbiq edə bilər, həmçinin Aİ ilə birlikdə Çinə necə “təsir” edəcəyini anlaya bilər. Ukrayna prezidenti hesab edir ki, Ukraynanın nə qədər dözəcəyini gözləməyin mənası yoxdur, çünki vəziyyət III Dünya Müharibəsinə keçidi xatırladır.

QAZİLER.AZ

Diaspora