Ukrayna hakimiyyətinin həlak olan hərbçilərin cəsədlərini götürməkdən imtina etməsi onu göstərir ki, bu adamlarla əl sıxışmaq olmaz.
Qaziler.az RİA “Novosti”yə istinadla xəbər verir ki, bu sözləri “Gələcəyin Forumu 2050” çərçivəsində Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
Diplomat bu baxımdan Rusiya nümayəndələrinin həqiqətən də Ukrayna tərəfi ilə dialoq aparmaqlı olub-olmaması ilə bağlı sual ünvanlayıb.
"Əgər insanlar əsgərlərin cəsədlərini götürmürlərsə... Bu nədən xəbər verir? Bu ondan xəbər verir ki, belə insanların əlini sıxmaq olmaz", - Zaxarova deyib.
O, əlavə edib ki, Rusiya rəhbərliyi Ukraynanın götürməli olduğu cəsədləri bir neçə səhifəlik adları ilə birlikdə verməyə hazırlaşıb.
Qeyd edək ki, iyunun 7-də Rusiya nümayəndə heyəti İstanbulda danışıqlar zamanı əldə olunmuş razılaşmaları yerinə yetirmək və həlak olan hərbçilərin cəsədlərinin ilk partiyasını Kiyevə təhvil vermək üçün Ukrayna ilə sərhəddəki mübadilə məntəqəsinə gəlib. Ukrayna nümayəndələri 1212 cəsədi götürməli idilər, lakin onlar görüş yerinə gəlməyiblər. Üstəlik, Kiyev gözlənilmədən cəsədlərin mübadiləsini qeyri-müəyyən müddətə təxirə salıb.
QAZİLER.AZ