Rus professor Yaponiyanı hələ də kimin qoruduğunu AÇIQLAYIB

Rus professor Yaponiyanı hələ də kimin qoruduğunu  AÇIQLAYIB backend

Birləşmiş Ştatlar hələ də Yaponiyanı qoruyur - bu, Tokionun xarici siyasətinin əsas vektorudur.

Qaziler.az-ın məlumatına görə, bunu “Lenta.ru”ya müsahibəsində siyasi elmlər doktoru, Takuşoku Universitetinin (Tokio) professoru Vasili Molodyakov deyib.

“Siyasi baxımdan — iqtisadiyyatı mühakimə etməyəcəyəm — Yaponiya özünün siyasi və biznes elitasının əksəriyyətinə uyğun gələn ABŞ-nin ardınca gedir. Yapon tanışlarıma “Vaşinqton regional komitəsi” ifadəsini öyrədəndə və onun mənasını izah edəndə, onlar çox əylənirdilər. Daha sonra tez-tez bunu təkrarlayırdılar”, - Molodya zarafat edib.

O, istənilən halda Amerika qoşunlarının Uzaq Şərqdə olacağına belə münasibət bildirib. Eyni zamanda, Molodyakov vurğulayıb ki, Vaşinqtonla bu cür sıx əlaqələr Yaponiyanı istər-istəməz Tayvanla bağlı Çinlə münaqişəyə cəlb edəcək.

QAZİLER.AZ

Diaspora