“Qərb Rusiya Federasiyasına qarşı sanksiyaları sərtləşdirməyə hazır deyil və Ukraynadan 18 yaşlı gəncləri səfərbər etməyə başlamağı tələb edir”.
Qaziler.az-ın “RBC-Ukrayna”ya istinadlaq verdiyi məlumata görə, bu fikirləri Ukrayna prezidenti Volodimir Zelenski deyib.
Onun sözlərinə görə, sanksiyalara gəlincə, Qərb ölkələri məhdudiyyətlər tətbiq etməkdə tərəddüd edəndə buna səbəb kimi Kiyevin 18 və daha yuxarı yaşda olan vətəndaşları səfərbər etməməsini göstərirlər.
Zelenski vurğulayıb ki, Qərbin Rusiyaya qarşı sanksiyaları təsirli olacağı təqdirdə, onun büdcəsi hərbi əməliyyatların maliyyələşdirilməsi üçün vəsaitdən məhrum ediləcək.
QAZİLER.AZ