Ukrayna prezidenti Volodimir Zelenski Avropa İttifaqının (Aİ) sammitinə dəvət alıb, lakin iştirakla bağlı qərar hələ qəbul edilməyib.
Qaziler.az-ın məlumatına görə, bu barədə Ukraynanın “Obşestvennoye” telekanalına Ukrayna Xarici İşlər Nazirliyinin nümayəndəsi Qeorqi Tixiy məlumat verib.
Tixinin sözlərinə görə, Ukrayna lideri NATO və G7 sammitlərinə də dəvət olunub.
"Onun iştirakı hadisələrə yaxın qərar veriləcək, hər şey təhlükəsizlik şəraitindən asılıdır", - mənbə ukrayna nümayəndəsinin sözlərini sitat gətirib.
XİN nümayəndəsi qeyd edib ki, adətən belə tədbirlərdə ikitərəfli görüşlər olur. Bununla yanaşı, Aİ sammitinin tarixi və yeri məlum deyil.
QAZİLER.AZ