Tramp Los-Ancelesə daha 2000 Milli Qvardiya əsgəri göndərir

Tramp Los-Ancelesə daha 2000 Milli Qvardiya əsgəri göndərir backend

ABŞ prezidenti Donald Tramp bir neçə gündür qanunsuz mühacirlərin kütləvi saxlanmasına qarşı etirazların davam etdiyi Los-Ancelesə daha 2000 Milli Qvardiya əsgərinin göndərilməsi barədə göstəriş verib.

Bunu Kaliforniya qubernatoru Gevin Nyusom öz “X” hesabında yazıb.

"Mənə indicə məlumat verildi ki, Tramp Los-Ancelesə daha 2000 Milli Qvardiya əsgəri göndərəcək", - o, bildirib.

 

*****

ABŞ Müdafiə Nazirliyi etirazlar və iğtişaşlar səbəbilə Los-Ancelesə Dəniz Piyadaları Korpusunun 700-ə yaxın hərbçisini göndərəcək.

Bu barədə ABŞ Şimal Komandanlığının dərc etdiyi bəyanatda deyilir.

Sənədə əsasən, dəniz piyadaları Los-Ancelesdə və onun ətraflarında federal xidmət və departament əməkdaşlarının, habelə dövlət əmlakının təhlükəsizliyinin təmin edilməsinə yardım edəcək.

APA

Diaspora