Tramp etiraz aksiyalarında maska taxmağı qadağan etdi

Tramp etiraz aksiyalarında maska taxmağı  qadağan etdi backend

ABŞ Prezidenti Donald Tramp Los-Ancelesdəki etirazlar fonunda ölkədəki etiraz aksiyalarında maska ​​taxmağın qadağan ediləcəyini açıqlayıb.

Oxu.Az-ın xəbərinə görə, Ağ Ev lideri bu barədə özünün "Truth Social" platformasında yazıb.

"İndiki andan etibarən etiraz aksiyalarında maskaların taxılmasına icazənin verilməsi dayandırılacaq. Bu insanlar nəyi və niyə gizlədirlər?" , - Tramp paylaşımında bildirib.

Qeyd edək ki, ABŞ İmmiqrasiya və Gömrük Mühafizəsinin (ICE) Los-Ancelesdə qeyri-qanuni mühacirləri aşkarlamaq üçün keçirdiyi reyd etirazçılarla toqquşmaya çevrilib.

Ağ Ev nümayəndələri Los-Ancelesdəki etirazları "qanuna qarşı üsyan" kimi qiymətləndiriblər.

Diaspora