Rusiyanın baş naziri Dmitri Medvedev İŞİD qruplaşmasının güclənməsində Birləşmiş Ştatları ittiham edib. APA TV-nin rus saytlarına məlumatına görə, o qeyd edib ki, Vaşinqtonun İŞİD-ə qarşı apardığı laqeyd siyasət yekunda terror təşkilatının güclənməsi ilə nəticələnib.
Medvedev ABŞ prezidenti Barak Obamanın Moskvanın Suriya münaqişəsindəki rolu ilə bağlı söylədiyi fikirlərə də münasibət bildirib: "Terrorizmə qalib gəlmək əvəzinə, Birləşmiş Ştatlar və onun müttəfiqləri Suriyanın qanuni yolla seçilmiş prezidenti Bəşər Əsəd ilə mübarizə aparmağa başladı".Baş nazir bu cür siyasətin mənfi nəticələrini də xatırladıb. "Bir vaxtlar Amerika "al-Qaida" terror təşkilatının möhkəmlənməsində vasitəçi rolunu oynayırdı. Bu isə 11 sentyabr terror hadisəsinin baş verməsi ilə nəticələndi. Bu isə terrorizmlə birgə mübarizənin, eləcə də müttəfiqlər arasında bölgü aparılmamasının vacibliyini göstərir", - deyə o əlavə edib.