Rusiya tərəfi 2 iyun tarixində İstanbulda keçirilmiş danışıqlar çərçivəsində əldə olunmuş razılaşmalara uyğun olaraq, həlak olmuş Ukrayna hərbçilərinin cəsədlərinin ilk partiyasını mübadilə məntəqəsinə çatdırıb.
APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya danışıqlar qrupunun nümayəndəsi, general-leytenant Aleksandr Zorin məlumat verib.
Qeyd edilib ki, 1212 nəfərin cəsədlərinin hamısı geyimləri və tapıldıqları ərazilər əsasında Ukrayna Silahlı Qüvvələrinin hərbçiləri kimi tanınıb: “Bu, ilk partiyadır, Ukrayna tərəfi ilə razılaşdırılmış qrafikə uyğun olaraq mübadilə nöqtəsinə çatdırılıb. Cəsədlərin bir çoxu artıq şəxsən tanınıb, lakin ümumilikdə hamısının Ukrayna hərbçiləri olduğu müəyyən edilib. Cəsədlərin təhvil verilməsinin gələn həftəyə qədər təxirə salınacağına dair siqnallar var, Rusiya Ukraynadan təsdiq gözləyir".