ABŞ-nin immiqrasiya və gömrük mühafizəsi tiktoker Xabi Leymi Las-Veqas hava limanında viza qaydalarını pozduğu üçün saxlayıb.
Bu barədə “Agence France-Presse” məlumat yayıb.
Qeyd olunub ki, Xabi iyunun 6-da Las-Veqasdakı Harri Rid beynəlxalq hava limanında viza müddəti bitdiyinə görə saxlanılıb. Qısa həbsdən sonra ona könüllü olaraq ABŞ-ni tərk etməyə icazə verilib.
Tiktokun məlumatına görə, tətbiqdəki abunəçilərin sayına görə italiyalı bloger Leym birinci yerdədir. Onun 162 milyondan çox abunəçisi var.
Report.az