Amerikalı milyarder İlon Mask müəmmalı paylaşım edib

Amerikalı milyarder İlon Mask müəmmalı paylaşım edib backend

ABŞ-nin maliyyə naziri Skot Bessentlə davada qançır aldığı deyilən amerikalı milyarder İlon Mask prezident Donald Trampla qarşıdurma şəraitində “X” sosial şəbəkəsindəki səhifəsində anlaşılmaz paylaşıb edib.

O, paylaşımında yazıb: “Çox güman ki, ən maraqlısı nəticədir”.

ABŞ-nin hazırkı administrasiyasındakı postunu tərk etdikdən sonra biznesmenin Trampla açıq şəkildə fikir ayrılığı yaranıb. Milyarder özünün “X” sosial şəbəkəsində Ağ Evin təklif etdiyi büdcə qanun layihəsini tənqid edib.

Mask federal büdcə kəsirinin artırılması ilə razılaşmayıb. Bundan sonra Ağ Evin lideri tərəfindən mənəvi hücuma məruz qalıb.

Britaniyanın “Daily Mail” qəzeti isə bildirib ki, Mask ABŞ-nin maliyyə naziri Skot Bessentlə davada qançır alıb. Maliyyə naziri milyarderi büdcəni azaltmaq vədini yerinə yetirməməkdə günahlandırıb, bundan sonra Mask onu itələyib.

Məhz bu hadisədən sonra Maskın gözünün altında qançır yarandığı bildirilib.

Bu arada sonuncu açıqlamasında Tramp bildirib ki, İlon Mask Respublikaçıların büdcə təklifinə qarşı çıxan Demokrat namizədləri maliyyələşdirməyə qərar verərsə, ciddi nəticələrlə üzləşəcək.

Report.az

Diaspora