ABŞ Prezidenti Donald Tramp qırmızı rəngli "Tesla" elektrik avtomobilini satmağı və ya hədiyyə etməyi planlaşdırır.
Oxu.Az xəbər verir ki, bu barədə "The Washington Post" qəzeti Ağ Evdəki mənbələrə istinadən məlumat yayıb.
Onların məlumatına görə, ABŞ lideri avtomobili 2025-ci ilin əvvəlində İlon Maskın şirkətinə dəstək məqsədilə alıb.
Prezidentin elektromobildən qurtulmaq niyyəti ilə bağlı söz-söhbətlər Tramp və Mask arasında fikir ayrılıqları fonunda yaranıb.
Xatırladaq ki, onlar iyunun 5-də sosial şəbəkələrdə qarşılıqlı sərt açıqlamalar veriblər.