Serbiya parlamentinin sədri xanım Maya Qoykoviçin başçılıq etdiyi nümayəndə heyəti Tehranda səfərdədir. Trend-in məlumatına görə, bu barədə İran parlamentinin saytı məlumat verib.
İran parlamentinin spikeri Əli Laricaninin rəsmi dəvəti ilə Tehrana səfər edən xanım M.Qoykoviç jurnalistlərə açıqlamasında iki günlük səfər zamanı qarşılıqlı etimadın yaradılması məqsədi ilə müzakirələr aparılacağını bildirib: “İki ölkə arasında birbaşa ticari əlaqələr qurmaq və iqtisadi əlaqələri inkişaf etdirmək üçün bu səfərin baş tutması önəmlidir.”
O iki ölkənin parlamentləri arasında əməkdaşlığın önəmli olduğunu və bu əməkdaşlığın iki ölkənin əlaqələrinin inkişafında böyük rol oynadığını bildirib.
Qeyd edək ki, iki il öncə İran Parlamentinin spikeri Əli Laricani Serbiyaya səfər etmişdi.