Puşkov: “İŞİD Avropa Birliyini parçalayır”

Puşkov: “İŞİD Avropa Birliyini parçalayır” backend

İŞİD-lə savaş Avropa Birliyinin qorunub saxlanılması üçün mübarizədir. Axar.az xəbər verir ki, bunu Rusiya Dumasının Beynəlxalq əlaqələr komitəsinin rəhbəri Aleksey Puşkov öz Tvitter səhifəsində paylaşıb. Onun sözlərinə görə, İŞİD ləğv edilməsə, Avropa əvvəlki həyat tərzinə qayıtmayacaq:


“Avropa hələ də özünün İŞİD-lə uyğunsuzluğunu anlamayıb. İŞİD mövcud olduğu müddət ərzində Avropa əvvəlki həyat tərzinə qayıtmayacaq. Bu, xoşagəlməz həqiqətdir. Əgər Avropa Birliyi İŞİD ucbatından daxili sərhədlər yaratmağa başlasa, bu, onun parçalanmasının başlanğıcı olacaq”.
Diaspora