Yapon avtomobil markası Rusiyaya qayıtmağı planlaşdırır

Yapon avtomobil markası Rusiyaya qayıtmağı planlaşdırır backend

Nissan Rusiyada ticarət nişanının qeydiyyatı üçün ərizə verib.

Qaziler.az Rusiya mətbuatına istinadən bildirir ki, 2022-ci ildə Rusiya bazarını tərk edən Yaponiyanın avtomobil istehsalçısı "Nissan Motor", Rospatent reyestrinin məlumatlarından göründüyü kimi, Rusiyada ticarət nişanlarını qeydiyyata almaq üçün ərizə verdi. Şirkət öz brendini müxtəlif dizaynlarda, o cümlədən loqolarda qeydiyyatdan keçirmək niyyətindədir.

Bundan əlavə, Nissan özünün digər tanınmış brendləri - "Infiniti", "Nismo" və "Datsun"un hüquqlarını qeydiyyatdan keçirməyi planlaşdırır. Əmtəə nişanlarının qeydiyyatı Malların və Xidmətlərin Beynəlxalq Təsnifatının (ICGS) bir neçə sinfində baş tutacaq və təkcə nəqliyyat vasitələrini deyil, həm də tikinti, ticarət və maliyyə xidmətlərini əhatə edəcək.

QAZİLER.AZ

Diaspora