Tramp Putinin Ukraynaya qarşı müharibəsini uşaqların dalaşması ilə müqayisə etdi

Tramp Putinin Ukraynaya qarşı müharibəsini uşaqların dalaşması ilə müqayisə etdi backend

ABŞ prezidenti Donald Tramp hesab edir ki, Ukrayna və Rusiya ayrılmazdan əvvəl dalaşmağa icazə verilməli olan iki uşaq kimidir.

Qaziler.az RBC-Ukrayna-ya istinadən xəbər verir ki, Tramp bu barədə Ağ Evdə jurnalistlərlə söhbəti zamanı deyib.

Söhbət zamanı Tramp sülh sazişi bağlamazdan əvvəl Ukrayna və Rusiyaya “bir az mübarizə aparmağa” imkan vermək lazım gəldiyini etiraf edib və münaqişənin bitməyəcəyinə qərar verərsə, hər iki ölkəyə qarşı yeni sanksiyalar tətbiq etməyə hazır ola biləcəyini deyib.

"İki balaca uşağın bəzən dəlilər kimi dalaşdığını görürsən. Onlar bir-birlərinə nifrət edirlər və parkda dalaşırlar. Siz isə onları ayırmağa çalışırsınız. Onlar ayrılmaq istəmirlər. Bəzən yaxşı olar ki, bir müddət güləşsinlər, sonra onları ayırsınlar".

QAZİLER.AZ

Diaspora