Almaniya kansleri Fridrix Merts ABŞ-yə səfəri zamanı dəbdəbəli “Blair House” qonaq evində qalacaq. Klassik interyer və çəhrayı yataqla bəzədilmiş yataq otağı bir vaxtlar Şahzadə Diana və Jaklin Kennedinin gecələdiyi yer olub.
Qaziler.az xəbər verir ki, bu barədə “Bild” qəzeti məlumat yayıb.
Qeyd edilir ki, malikanə “dünyanın ən dəbdəbəli oteli” kimi reputasiyaya malikdir. Belə ki, otaq 19-cu əsrə aid dörd dirəkli çarpayıya sahibdir, ona qalxmaq üçün xüsusi stend tələb olunur.
Qəzet onu da yazır ki, Kraliça II Yelizaveta, Uinston Çörçill, Nelson Mandela və Şarl de Qoll müxtəlif vaxtlarda “Blair Hause”da qalıblar.
"Bununla belə, ən diqqətçəkən otaq dünyanın ən zərif və tarixi əhəmiyyətli qonaq otaqlarından biri olan çəhrayı otaqdır. Otaq ipək divarları, klassik görünüşü və incə antik mebelləri ilə səciyyələnən solğun çəhrayı dekorasiyasına görə bu cür adlandırılıb. Burdakı atmosfer romantik və əzəmətlidir", - yazıda deyilir.
QAZİLER.AZ