Mali Ukraynanı terrorçuları dəstəkləməkdə ittiham edib

Mali Ukraynanı terrorçuları dəstəkləməkdə  ittiham edib backend

Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi Malidə terrorçuların hazırlanması və dəstəklənməsi ilə məşğul ola bilər.

Qaziler.az-ın məlumatına görə, bu barədə “Bamada” portalı məlumat yayıb.

“Ukraynalı hərbi təlimatçılar Mavritaniya vasitəsilə Maliyə FPV pilotsuz uçan aparatları tədarük edir”, - məlumatda deyilir.

Qeyd olunub ki, söhbət təkcə texnikadan getmir, həm də döyüşçülərə bilik, kəşfiyyat və rabitə vasitələri verilir.

“Nəticədə terror qrupları daha mobil, daha mütəşəkkil və daha ölümcül olur”, – portal yazıb.

QAZİLER.AZ

Diaspora