İndoneziyanın Bali adasının qubernatoru Vayan Koster bir litrdən kiçik su qablarının istehsalına qadağa qoyub.
Qaziler.az-ın məlumatına görə, bu barədə “Kompas” portalı məlumat yayıb.
Kosterin sözlərinə görə, ən yüksək səviyyədən tutmuş yerli hökumət səviyyəsinə qədər bütün tərəflər adanın tullantı probleminin həllinə kömək etmək üçün birdəfəlik plastikdən istifadə etməmək barədə razılığa gəliblər.
"Bali adasının ətraf mühitini və ekosistemini qorumaq üçün bir litrdən kiçik qablaşdırılmış suyun istehsalı dayandırılmalıdır", - adanın qubernatoru deyib.
Koster qeyd edib ki, Balidəki demək olar ki, bütün zibilxanalar doludur və tullantıların əksəriyyəti birdəfəlik plastikdən ibarətdir.
QAZİLER.AZ