ABŞ prezidenti Donald Tramp keçmiş prezident Co Baydenin köməkçilərinin onun səhhəti ilə bağlı məlumatları gizlətməməsi üçün araşdırma aparılmasına göstəriş verib.
Qaziler.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.
İyunun 1-də 2013-2018-ci illərdə ABŞ prezidentlərinin keçmiş şəxsi həkimi, konqresmen Ronni Cekson bildirib ki, ABŞ-nin keçmiş prezidenti Co Baydenin ətrafı hələ 2019-2020-ci illərdə onun zehni qabiliyyətinin pisləşməsindən xəbərdar olub, lakin seçkilər öncəsi bu məlumatı ictimaiyyətdən gizlətmək qərarına gəliblər.
Bundan bir qədər əvvəl ABŞ prezidenti Donald Tramp keçmiş dövlət başçısı Co Baydenin sövdələşmə məqsədilə verdiyi sərəncamlarda qələmindən istifadə olunması ilə bağlı araşdırma aparılmasına göstəriş verib.
ABŞ-nin keçmiş prezidenti Co Bayden artıq ona qarşı ittihamlara münasibət bildirib. O, rəhbərlik etdiyi dövrdə tabeliyində olanların onun qələmindən istifadə etmələri üçün əlbir olması ilə bağlı şübhələri “gülünc” adlandırıb.
QAZİLER.AZ