Rusiya prezidenti Vladimir Putinə Qərbdən “inandırıcı cavab” vermək üçün Avropa İttifaqı və ABŞ birlik olmalıdır.
Qaziler.az xəbər verir ki, bunu Almaniyanın keçmiş kansleri Angela Merkel bildirib. Onun sözlərini “Hospodarske noviny” sitat gətirib.
Merkel hesab edir ki, Qərb hətta münaqişə bitdikdən sonra da Ukraynaya yardımı davam etdirməli və respublikanın müdafiə qabiliyyətini artırmalıdır. Onun sözlərinə görə, Qərbin hazırda mövcud olduğu formada qalması prinsipial əhəmiyyət kəsb edir.
“Ən yaxşı həll, Putinə ən inandırıcı cavab Avropa və ABŞ-nin birliyini qorumaqdır”, - Almaniyanın keçmiş kansleri deyib.
QAZİLER.AZ