Rusiya Ukrayna dronlarını Çindən alınan lazer sistemi ilə vurur

Rusiya Ukrayna dronlarını Çindən alınan lazer sistemi ilə vurur backend

Rusiya Ukrayna dronlarını vurmaq üçün Çin istehsalı olan "Sakit ovçu" (Silent Hunter) lazer qurğusundan istifadə edir.

Bu barədə "The Telegraph" nəşri məlumat yayıb.

Nəşrin məlumatına görə, bu qurğu Rusiyanın Ukraynaya qarşı başlatdığı müharibə dövründə Çindən əldə etdiyi ən vacib texnoloji vasitələrdən biri sayılır.

"Silent Hunter" düşmən dronlarını aşkarlamaq, izləmək və məhv etmək üçün nəzərdə tutulub. Qurğunu yolsuzluq avtomobillərinin damına yerləşdirmək, onu isə nəqliyyat vasitəsinin içərisindən idarə etmək mümkündür.

APA

Diaspora