Avropa yenidən silahlanmağa "COVID-19" fondundan pul ayıracaq

Avropa yenidən silahlanmağa "COVID-19" fondundan pul ayıracaq backend

Avropa İttifaqı "COVID-19" fondundan ittifaq ölkələrinin silahlı qüvvələrinin yenidən silahlanması və genişləndirilməsinə 335 milyard avro ayıracaq.

Qaziler.az-ın məlumatına görə, bu barədə “Politico” məlumat yayıb.

İlkin olaraq, xərclənməmiş vəsaitlərin iqlim proqramlarının və rəqəmsal texnologiyaların maliyyələşdirilməsinə sərf ediləcəyi güman edilirdi. Lakin sonradan pulun müdafiə layihələrinin maliyyələşdirilməsinə ayrılması qərara alınıb.

Martın 19-da Avropa Komissiyası “Avropanın yenidən silahlanması” adlı yeni müdafiə strategiyasını təqdim edib. Daha sonra bir sıra Aİ ölkələrinin etirazları nəticəsində sənədin adı “Hazırlıq 2030” olaraq dəyişdirilib. Strategiya dörd il ərzində təxminən 800 milyard avro cəlb etməyi nəzərdə tutur. Vəsaitlərin əsas hissəsinin Avropa dövlətlərinin büdcələrindən (təxminən 650 milyard avro) alınması təklif edilir, daha 150 milyard avronun kreditlər şəklində istifadəsi planlaşdırılır. AK isə Aİ ölkələri üçün büdcə güzəştləri vermək, habelə regional inkişaf üçün nəzərdə tutulmuş vəsaitləri hərbi xərclərə yönəltmək niyyətindədir.

QAZİLER.AZ

Diaspora