Rusiyadan Ukrayna ərazisinə ediləcək hava hücumları ilə əlaqədar ehtiyatlı olmaq lazımdır.
Qaziler.az UNİAN-a istinadla xəbər verir ki, bu barədə ABŞ-nin Ukraynadakı səfirliyinin bəyanatında deyilir.
“Rusiya son həftələrdə Ukraynaya qarşı raket və dron hücumlarının intensivliyini artırıb və hazırda hava hücumları riski davam edir”, - bəyanatda deyilir.
Eyni zamanda, ABŞ-nin Ukraynadakı səfirliyi Amerika vətəndaşlarını ehtiyatlı olmağa və hava hücumu təhlükəsi zamanı dərhal qorunmağa hazır olmağa çağırıb.
QAZİLER.AZ