Dünyanın ən böyük dini rituallarından biri olan həcc mərasimi çərşənbə günü Səudiyyə Ərəbistanının Məkkə şəhərində başlayır. Temperaturun yüksəlməsi və logistik çətinliklər getdikcə həcc ziyarətini həm zəvvarlar, həm də Səudiyyə hökuməti üçün dözümlülük sınağına çevirir.
Qaziler.az xəbər verir ki, bu barədə “The New York Times” yazı dərc edib.
Məqalədə qeyd edilib ki, Həcc ziyarəti üçün dünyanın hər yerindən müsəlmanların axın etdiyi Səudiyyə Ərəbistanı bazar günündən bəri 1 milyon 475 min 230 zəvvar qəbul edib. Vurğulanıb ki, keçən il Səudiyyə hökuməti həcc zamanı 1300-dən çox zəvvarın öldüyünü, çoxunun Misirdən olduğunu bildirmişdi. Səudiyyə rəsmiləri həlak olanların əksəriyyətinin qeydiyyatdan keçmədiyini, yəni istidən qorunma imkanı verən xidmətlərdən kənar səyahət etdiklərini söyləyib.
QAZİLER.AZ