ABŞ prezidenti Donald Tramp hesab edir ki, Rusiya ABŞ və İran arasında danışıqlara kömək edə bilər.
Qaziler.az “Gazeta.ru”ya istinadla xəbər verir ki, bu barədə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov məlumat verib.
"Ukrayna ilə yanaşı, bir sıra beynəlxalq məsələlər də müzakirə edilib. Deyərdim ki, ABŞ və İran arasında İranın nüvə proqramı ilə bağlı danışıqlarda bir qədər dalana dirənmiş vəziyyət vurğulanıb. Donald Tramp hesab edir ki, burada Rusiyanın yardımına ehtiyac ola bilər və Rusiya buna uyğun olaraq İran tərəfi ilə işləyə bilsə, minnətdar olardı", - Uşakov bildirib.
Bundan əvvəl ABŞ prezidenti Donald Tramp Rusiya prezidenti Vladimir Putinlə telefon danışığı zamanı İranın nüvə proqramını müzakirə etdiyini bildirib.
QAZİLER.AZ