Avropa ölkəsi avronun xeyrinə milli valyutadan imtina edə bilər

Avropa ölkəsi avronun xeyrinə milli valyutadan imtina edə bilər backend

“Bolqarıstan avrozonaya üzv olmaq üçün bütün kriteriyalara cavab verir”.

Qaziler.az xəbər verir ki, bunu Avropa İttifaqının iqtisadiyyat üzrə komissarı Valdis Dombrovskis deyib. O, qeyd edib ki, ölkə hələ 2026-cı ilin əvvəlində bu valyuta ilə hesablaşmalara keçə biləcək.

“Bolqarıstan indi avrozonanın 21-ci üzvü olmaq üçün bütün meyarlara cavab verir. Bugünkü hesabat Bolqarıstan, avrozona və bütövlükdə Aİ üçün tarixi məqamdır”, - Dombrovskis deyib.

Eyni zamanda o, bunun bu prosesdə son addım olmadığını vurğulayıb. Avropa Şurasının iyulun birinci yarısında yekun qərar verəcəyi gözlənilir.

Xatırladaq ki, iyunun 1-də minlərlə Bolqarıstan vətəndaşının Sofiya və digər şəhərlərin küçələrinə çıxaraq avroya keçidə etiraz etdiyi bildirilir. Yerli sakinlər qərarın ölkə iqtisadiyyatına mənfi təsir edəcəyindən narahat olduqlarını bildirirlər.

QAZİLER.AZ

Diaspora