Putinə pis xəbər

Putinə pis xəbər backend

Rusiyaya qarşı tədbiq edilən sanksiyaların müddəti daha altı ay müddətinə uzadılacaq. ANS PRESS-in məlumatına görə, bu barədə "Reuters" yüksəkçinli məmura istinadla xəbər yayıb.

İddiaya görə, Türkiyənin Antaliya şəhərində keçirilən G-20 liderlərinin zirvə toplantısından sonra qərb ölkələrini liderləri bu barədə qərara qəbul ediblər.
Sanksiyaların 2016-cı ilin iyun ayına kimi uzadılmasına səbəb isə Ukrayna böhranı olub.

Siyasətçilər bu qənaətə gəliblər ki, Ukraynanın şərqindəki seçkilər ərəfəsində sanksiyaların tədbiqi labüddür.

"Ukraynada seçkilər çox önəmlidir. Bizim istədiyimizi əldə etmək şansımız ancaq sanksiya kartından istifadə etsək var. Maliyyə sanksiyaları sona kimi qüvvədə qalmalıdır", deyə agentlik adı açıqlanmayan mənbəyə istinadla məlumat yayıb.

Bu barədə qərar noyabrın 13-də Parisdə meydana gələn və 132 nəfərin ölümünə səbəb olan İŞİD terroruna qarşı Rusiya prezidenti ilə əldə edilən birgə mübarizə haqqında qərara rəğmən verilib.

Avropa İttifaqının liderləri Rusiyanın Ukraynaya müdaxiləsinə görə o ölkəyə qarşı iqtisadi sanksiyaları tədbiq ediblər. Aİ ötən ilin avqust ayında Rusiyaya qarşı iqtisadi sanksiyalar qəbul edib. Sentyabr ayında isə sanksiyaların əhatə dairəsi genişləndirilib. Silah, ikilitəyinatlı texnologiya malların idxal-ixracına embarqo tədbiq edilib.

Rusiya da buna cavab olaraq bəzi ölkələrə sanksiya tədbiqinə başalayıb.
Diaspora