Rusiyanın Ukraynaya qarşı müharibəsinə yalnız ABŞ prezidenti Donald Tramp son qoya bilər. Və o, bunu etməkdə qərarlıdır.
RBC-Ukraynanın məlumatına görə, bu barədə Polşa prezidenti Anjey Duda LRT telekanalına müsahibəsində bildirib.
"Mən həmişə demişəm ki, şəxsi fikrimcə, bu müharibəni yalnız ABŞ prezidenti bitirə bilər. Avropa çalışdı - ən böyük dövlətlər Putini beynəlxalq hüquqa qayıtmağa inandırmağa çalışdı, amma nəticəsi olmadı. O, əslində avropalıları, "Normandiya formatı"nı və Minsk razılaşmalarını ələ saldı. Rusiyanın 2014-cü ildəki hücumundan bu yana tarix, bu doqquz il göstərdi ki, bu müharibəni başa çatdırmaq mümkün deyil", - Duda deyib.
O qeyd edib ki, ABŞ ən böyük iqtisadi, hərbi və nüvə dövlətidir.
QAZİLER.AZ