Fransada naməlum şəxs məscidin yaxınlığında Quranı yandırıb

Fransada naməlum şəxs məscidin yaxınlığında Quranı yandırıb backend

Fransada naməlum şəxs Lion yaxınlığındakı Villeurbanne şəhərindəki Errama məscidindən Quran oğurlayıb və binanın çıxışında müqəddəs kitabı yandırıb.

Qaziler.az bildirir ki, bu barədə iyunun 3-də Məscidlər Şurasının saytında məlumat verilib.

Qeyd olunur ki, hadisə iyunun 2-nə keçən gecə baş verib.

"Yerli vaxtla təxminən saat 3:45-də , yəni ilk azandan 20 dəqiqə əvvəl üzünü gizlədən şəxs namaz zalına daxil olub. O, Quranın bir nüsxəsini götürərək yandırıb və qaçmazdan əvvəl binanın girişində qoyub", - kommünikedə deyilir.

Regional məscidlər şurası hadisəni “nifrət zəminində törədilən silsilə hücumlardan biri” adlandırıb. Təşkilat həmçinin Fransada müsəlmanlara qarşı mənfi münasibətin formalaşmasından narahatlığını bildirib.

QAZİLER.AZ

Diaspora