Polşanın yeni prezidenti Zelenskiyə həll olunmamış tarixi məsələləri xatırladıb

Polşanın yeni prezidenti Zelenskiyə həll olunmamış tarixi məsələləri xatırladıb backend

Polşanın yeni seçilmiş prezidenti Karol Navroçki Ukrayna lideri Vladimir Zelenskinin seçkilərdəki qələbəsi münasibətilə təbrikinə qonşu ölkədən olan həmkarına təşəkkür edib.

Qaziler.az xarici mətbuata istinadən bildirir ki, yeni prezident iki ölkə arasında həll olunmamış bir çox tarixi məsələlərin olduğunu da xatırladıb.

"Mən ölkələrimiz arasında qarşılıqlı hörmət və anlaşmaya əsaslanan tərəfdaşlığın davam etdirilməsini səbirsizliklə gözləyirəm. Hesab edirəm ki, bunun üçün təkcə yaxşı dialoq yox, həm də aktual tarixi məsələlərin həlli lazımdır", - siyasətçi iyunun 3-də X sosial şəbəkəsindəki (keçmiş Twitter) səhifəsində yazıb.

Dövlət başçısı həmçinin ümidvar olduğunu bildirib ki, Varşava və Kiyev keçmişin həll olunmamış problemlərini həll etmək və “təhlükəsiz gələcək qurmaq” üçün “ümumi rifah naminə” çalışacaqlar. O, Ukraynanın sadiq tərəfdarı olduğunu vurğulayıb, Gazeta.Ru əlavə edib.

QAZİLER.AZ

Diaspora