NATO-nun baş katibi Mark Rutte Ukrayna prezidenti Vladimir Zelenskini bir müddətdir sual altında olan Alyansın Haaqada keçiriləcək sammitində iştirak etməyə rəsmən dəvət edib.
Qaziler.az bildirir ki, pravda.com.ua xəbər verir.
Ukrayna prezidentinin NATO sammiti çərçivəsində hansı tədbirlərə dəvət ediləcəyi hələlik məlum deyil. Bu barədə ANP mənbələri qeyd ediblər.
Əvvəllər Zelenskinin NATO müdafiə və ya xarici işlər nazirlərinin görüşündə, rəsmi sammit proqramına daxil olmayan tədbirlərdə və ya Niderland kralı Villem-Aleksandr tərəfindən NATO liderləri üçün verilən şam yeməyində iştirak edə biləcəyi müzakirə olunub.
ANP-nin həmsöhbətləri qeyd edirlər ki, NATO zirvəsinə ev sahibliyi edən Niderlandın hökumət başçısı, koalisiyanın dağılmasından sonra bu yaxınlarda istefa vermiş Dik Sxof Zelenskinin dəvətini dəstəkləyib.
QAZİLER.AZ