Yermak Kelloq ilə görüşdü: İstanbuldakı danışıqlar və Ukraynanın əməliyyatları müzakirə edildi

Yermak Kelloq ilə görüşdü: İstanbuldakı danışıqlar və Ukraynanın əməliyyatları müzakirə edildi backend

Ukrayna Prezidentinin Aparatının rəhbəri Andrey Yermak ABŞ prezidentinin xüsusi nümayəndəsi Keyt Kelloq ilə görüşüb. Xüsusilə, Ukrayna-Rusiya danışıqlarının ikinci mərhələsini müzakirə ediblər.

Qaziler.az bildirir ki, bu barədə RBC-Ukrayna Yermakın Telegramına istinadən məlumat yayıb.

Yermak Vaşinqtona səfəri zamanı Kelloqla görüşdüyünü vurğulayıb.

“Biz cəbhədəki vəziyyəti, İstanbuldakı görüşlərin nəticələrini, Rusiyaya qarşı sanksiyaların gücləndirilməsinin və Ukraynaya müdafiə yardımının vacibliyini müzakirə etdik”, - o qeyd edib.

Prezident Ofisinin rəhbərinin sözlərinə görə, mövzulardan biri Rusiya tərəfindən qaçırılan ukraynalı uşaqlar olub. İstanbuldakı Ukrayna nümayəndə heyəti uşaqların siyahılarını təhvil verib və Moskvadan cavab gözləyir. ABŞ bu prosesdə iştirak edir.

"Mən dedim ki, Rusiya atəşi kəsməmək  üçün hər şeyi edir. Və buna güc yolu ilə son qoymaq lazımdır, çünki Ukrayna müharibəni dayandırmaq üçün hər şeyi edib. Amma Rusiya könüllü atəşi dayandırmasa, biz əməliyyatlar keçirməyə və onların hərbi potensialını məhv etməyə məcburuq", - Yermak əlavə edib.

O, həmçinin qeyd edib ki, Ukrayna dəstəyinə görə ABŞ prezidenti Donald Trampa və bütün Amerika xalqına minnətdardır.

QAZİLER.AZ

 

Diaspora