Yaponiyada sərxoş halda velosiped sürən qadın həbs edilib

Yaponiyada sərxoş halda velosiped sürən qadın həbs edilib backend

Yaponiyanın Fukuoka şəhərində sərxoş vəziyyətdə velosiped sürən qadın həbs edilib.

Qaziler.az-ın məlumatına görə, bu barədə yerli “Sora News” xəbər verir.

Hadisə axşam saatlarında Raket Parkının yaşayış massivində baş verib. Polis məmuru velosipedi rahat sürə bilməyən qadını görüb. Bundan əlavə, velosiped sürərkən qusmağa başlayıb. Polis məmuru avtomobilini saxlayıb və qadına kömək etməyi təklif edib, lakin qadın qaçmağa çalışıb.

Qısa təqibdən sonra polis məmuru qadını saxlayıb və qanda spirt testi keçirib. Məlum olub ki, səviyyə icazə verilən həddən dörd dəfə yüksək olub.

Qadın əvvəlcə ittihamları rədd etsə də, sonra pivə içdikdən sonra evə qayıtdığını etiraf edib. Hazırda polis yapon qadının içdiyi spirtin dəqiq miqdarını müəyyənləşdirir.

QAZİLER.AZ

Diaspora