Rusiyada avqusta qədər vaypları qadağan etmək istəyirlər

Rusiyada avqusta qədər vaypları qadağan etmək istəyirlər backend

Vaypların tamamilə qadağan edilməsi təşəbbüsü ilə deputatlar və hökumət arasında konsensus formalaşıb.

Qaziler.az-ın məlumatına görə, bu fikirləri Rusiya Dövlət Dumasının sənaye və ticarət komitəsinin sədr müavini Aleksandr Kozlovski “Qazeta.Ru”ya bildirib.

Onun sözlərinə görə, Dövlət Duması qadağanı bu sessiya zamanı - avqustun 3-dək qəbul etmək istəyir.

"Vayplara tam qadağa qoymaq zəruri tədbirdir. Bu təşəbbüs Dövlət Dumasında uzun müddətdir müzakirə olunur və biz görürük ki, indi konsensus formalaşıb: həm deputatlar, həm də hökumət arasında. Təbii ki, biz cari yaz sessiyasında müvafiq qanun layihəsini qəbul etməyə çalışacağıq. Amma bütün müəyyən edilmiş qanunvericilik prosedurlarına riayət etmək vacibdir. Əgər sənədi operativ şəkildə təqdim edib baxa bilsək, yaxın gələcəkdə qanun qəbul oluna bilər”, - deyə o bildirib.

Deputat vurğulayıb ki, bu gün vayplar cəmiyyətin bir hissəsi tərəfindən siqaretin zərərsiz alternativi kimi qəbul edilir. Çünki əksəriyyət onların bədənə vurduğu zərəri dərk etmir.

QAZİLER.AZ

Diaspora