"Volkswagen" 20 min işçisini işdən çıxaracaq

"Volkswagen" 20 min işçisini işdən çıxaracaq backend

Volkswagen konserninin elan etdiyi genişmiqyaslı ixtisarlar çərçivəsində onun 20 min işçisi əmək müqavilələrinə vaxtından əvvəl xitam verməyə razılaşıb.

Qaziler.az xəbər verir ki, bu barədə “Reuters” “Bild” qəzetindəki nəşrə istinadən məlumat yayıb.

“Bild” qəzeti çərşənbə axşamı avtomobil istehsalçısının Volfsburqdakı baş qərargahında keçirilən işçi şurasının iclasına istinadən xəbər verir ki, “VW-nin əsas brendinin 20 mindən çox əməkdaşı müqavilələrinə vaxtından əvvəl xitam verməyə razılaşıb”, - hesabatda qeyd edilir.

Xərclərlə mübarizə çərçivəsində alman avtomobil istehsalçısı 2030-cu ilə qədər Almaniyada 35 min işçini ixtisar etməyi planlaşdırırdı. Lakin apreldə məlum olub ki, avtomobil istehsalçısının 2025-ci ilin birinci rübündə mənfəəti 40% azalıb. Alman avtomobil istehsalçısı xəbərdarlıq edib ki, bütün 2025-ci il üçün rəqəmlər çox güman ki, şirkətin proqnozunun aşağı həddində olacaq.

QAZİLER.AZ

Diaspora