Tramp paylaşımları ilə sosial mediada üç dəfə aktivləşib

Tramp paylaşımları ilə sosial mediada  üç dəfə aktivləşib backend

ABŞ prezidenti Donald Tramp ikinci prezidentlik müddətində birincisi ilə müqayisədə sosial mediada üç dəfədən çox aktivləşib.

Qaziler.az-ın məlumatına görə, hesablamaları “Washington Post” qəzeti aparıb.

“Bazar gününə olan məlumata görə, Tramp inauqurasiyasından sonra 132 gün ərzində özünün “Truth Social” sosial şəbəkəsində 2262 mesaj yerləşdirib”, - mətndə vurğulanıb.

Qeyd edilir ki, bu, onun ilk prezidentliyinin eyni dövründə göndərdiyi tvitlərin sayından üç dəfə çoxdur.

Nəşr bildirir ki, ABŞ prezidentinin auditoriyasının əhatə dairəsi onun köməkçilərinin komandası, eləcə də onu dəstəkləyən bloqerlər və jurnalistlər sayəsində xeyli artıb.

QAZİLER.AZ

Diaspora