Ukrayna nizamlanması üzrə danışıqların iki raundunun artıq döyüş əməliyyatları dayandırılmadan baş tutmasını Moskvanın taktiki qələbəsi adlandırmaq olar.
Qaziler.az xəbər verir ki, bu barədə Amerikanın “New York Times” qəzeti yazıb.
“Bu görüşlər Ukraynanın və onu dəstəkləyən demək olar ki, bütün Qərb ölkələrinin təkidlə irəli sürdüyü atəşkəsə razılaşmadan danışıqlara başlamağa nail olan Putin üçün taktiki qələbə oldu”, - məqalədə qeyd edilib.
Nəşr həmçinin danışıqların ikinci raundu ilə bağlı gözləntilərin aşağı səviyyədə olduğunu qeyd edib, çünki tərəflər bir-birinə uyğun gəlməyən barışıq şərtlərini təqdim ediblər.
QAZİLER.AZ