İstanbulda keçirilən Rusiya-Ukrayna danışıqlarının nəticəsi olaraq ağır yaralılar və yaşı 25-dən aşağı olan hərbçilərin dəyişdirilməsi barədə razılıq əldə edilib.
“Report” Rusiya KİV-ə istinadən xəbər verir ki, bunu Rusiya nümayəndə heyətinin rəhbəri Vladimir Medinski bildirib.
"Biz aşağıdakı formul üzrə ən böyük, irimiqyaslı mübadilə barədə razılığa gəldik: birincisi, bütün ağır yaralılar, ağır xəstələr hamının-hamıya prinsipi ilə dəyişdiriləcək. Bu, bizim tərəfimizdən humanitar jest olacaq. İkincisi, elə eyni formulla yaşı 25-dən aşağı olan əsgərlər dəyişdiriləcək. Ümumilikdə hər bir tərəfdən ən azı min nəfərin mübadiləsi həyata keçiriləcək", - o qeyd edib.