Hindistanın şimal-şərqində daşqınlar və torpaq sürüşmələri nəticəsində azı 34 nəfər ölüb.
Qaziler.az bildirir ki, bu barədə Hindistanın NDTV telekanalı iyunun 2-də bildirib ki,
"Son üç gündə Assam, Manipur, Tripura, Sikkim, Arunaçal Pradeş və digər ştatların şimal-şərqində daşqınlar və torpaq sürüşmələri nəticəsində azı 34 nəfər həlak olub", - məlumatda deyilir.
Tripurada daşqınlardan 10 mindən çox insanın zərər çəkdiyi bildirilir.
Assamda daşqınlar 19 rayonda 764 kəndə də təsir edib. Bramhaputra çayında, eləcə də digər beş çayda suyun səviyyəsi təhlükə həddinin üstündədir.
Bundan əlavə, 10 mindən çox insan yardım düşərgələrinə yerləşdirilib.
QAZİLER.AZ