Amerikanın Kolorado ştatının Boulder şəhərində Fələstin tərəfdarı olan fəalın İsrailə dəstək nümayişinə molotov kokteyli atması nəticəsində 8 nəfər yaralanıb.
Qaziler.az bildirir ki, bu barədə iyunun 2-də "Reuters" agentliyi məlumat yayıb.
Bildirilir ki, 52-88 yaşlarında olan dörd kişi və dörd qadın yaralanaraq xəstəxanaya çatdırılıb, yaralılardan ən azı birinin vəziyyətinin ağır olduğu bildirilir.
Hücum edənin Məhəmməd Soliman tərəfindən olduğu dəqiqləşib. Agentliyin məlumatına görə, onun haqqında məlumat tapmaq mümkün olmayıb.
"Bu ilkin faktlar nəticəsində aydın olur ki, bu, məqsədyönlü zorakılıq aktıdır və Federal Təhqiqat Bürosu (FTB) bunu terror aktı kimi araşdırır", - FTB agenti Mark Mixalek deyib.
QAZİLER.AZ