Hindistanın Mumbay şəhərindəki Chhatrapati Shivaji Maharaj beynəlxalq hava limanında Tailanddan gələn sərnişinin baqajında 48 zəhərli ilan və 5 tısbağanın olduğu aşkarlanıb.
Qaziler.az bildirir ki, Hindustan Times qəzetinin məlumatına görə, Banqkokdan Mumbaya gələn sərnişin hava limanında saxlanılıb.
Sərnişinin baqajına baxış zamanı 48 ilan, o cümlədən üç çox zəhərli hörümçək quyruqlu gürzə və beş Asiya yarpaq tısbağası aşkar edilib.
Heyvanların növləri vəhşi təbiət sahəsində fəaliyyət göstərən "Resqink Vəhşi Təbiət Refahı Dərnəyi (RAWW)" tərəfindən təsdiqlənib və ilanların çox zəhərli və kiçik quşları ovlayan təhlükəli növlər olduğu bildirilib.
İlan və tısbağaların Vəhşi Təbiəti Mühafizə Aktı çərçivəsində gətirildikləri ölkəyə qaytarılması qərara alınıb.
QAZİLER.AZ