Tramp: "İran bombalanmaq istəmirsə razılığa gəlsin"

Tramp: "İran bombalanmaq istəmirsə razılığa gəlsin" backend

ABŞ prezidenti Donald Tramp bildirib ki, Vaşinqton və Tehran İranın nüvə proqramı ilə bağlı sazişi imzalamağa yaxındır.

Qaziler.az CNN-ə istinadla xəbər verir ki, ABŞ lider bu barədə Ağ Evin Oval kabinetində çıxışı zamanı jurnalistlərə bildirib.

"Düşünürəm ki, bizim İranla razılığa gəlmək şansımız var. Onlar bombalanmaq istəmir, daha çox sövdələşməyə üstünlük verirlər", - Tramp deyib.

Amerika lideri sövdələşmənin yaxın gələcəkdə baş verə biləcəyi barədə fikir bildirib. Amerika lideri vurğulayıb ki, ölkələr bütün Yaxın Şərqi bombalamadan bu razılaşmaya gəlsələr, çox yaxşı olardı.

QAZİLER.AZ

Diaspora