“SpaceX” və “Tesla” şirkətlərinin qurucusu, ABŞ Hökumətinin Səmərəliliyi Departamentinin (DOGE) rəhbəri olmuş İlon Maskın narkotik istifadəsi ilə bağlı sual şəxsən ona ünvanlanmalıdır.
Qaziler.az CNN-ə istinadla yazır ki, bunu Ağ Evin aparat rəhbərinin müavini Stiven Miller deyib.
“Heç bir narahatlığım yoxdur. Bu gün İlon Mask ilə mətbuat konfransı olacaq, ona görə də hər kəsin bu sualları özünə vermək imkanı olacaq”, - deyə o, telekanalın jurnalistinə cavab verib.
Bundan az əvvəl “The New York Times” yazıb ki, Mask ABŞ prezidenti Donald Trampın seçki kampaniyası zamanı tez-tez narkotik qəbul edib. Nəşrin məlumatına görə, milyarder ketamin və digər maddələr qəbul edib. Bununla belə, keçmiş DOGE rəhbərinin dövlət qulluqçusu kimi Ağ Evdə qaldığı müddətdə narkotik qəbul edib-etmədiyi məlum deyil.
QAZİLER.AZ