Tramp arvadının Makrona vurduğu sillə ilə bağlı həmkarına məsləhət verdi - VİDEO

Tramp arvadının Makrona vurduğu sillə ilə bağlı həmkarına məsləhət verdi - VİDEO backend

ABŞ prezidenti Donald Tramp internetdə yayılan Fransanın birinci xanımı Bricit Makronun əri, Fransa prezidenti Emmanuel Makronu sillələdiyi videoya münasibət bildirib.

Qaziler.az CNN-ə istinadla xəbər verir ki, amerikalı lider jurnalistin sualını Ağ Evin Oval kabinetində şərh verib.

Jurnalistin fransalı həmkarının hansı evlilik məsləhətindən istifadə edə biləcəyi ilə bağlı sualını cavablandıran Tramp hadisənin təfərrüatları ilə tanış olmadığını qeyd edib.

"Nə baş verdiyini bilmirəm, amma qapını bağlı saxlamağı məsləhət görürəm", - Amerika lideri bildirib.

Tramp həmçinin qeyd edib ki, o, video görünəndən sonra Makronla danışıb və Fransa liderinin ailəsində hər şeyin yaxşı olduğunu bildirib.

QAZİLER.AZ

Diaspora