Ukrayna Türkiyədən hava hücumundan müdafiə sistemləri istəyib

Ukrayna Türkiyədən hava hücumundan müdafiə sistemləri istəyib backend

Ukrayna Müdafiə Nazirliyi Türkiyədən Kiyevi hava hücumundan müdafiə sistemləri ilə təmin etməyi və hərbi sənaye kompleksinə sərmayə qoymağı xahiş edib.

Qaziler.az xəbər verir ki, bunu Türkiyənin Xarici İşlər Nazirliyinin rəhbəri Hakan Fidanla görüşündən sonra idarənin rəisi Rustem Umerov öz “Facebook” səhifəsində bildirib.

“Müdafiə nazirinin birinci müavini Sergey Boev Ukraynanın dəstəyə ehtiyacı olan əsas sahələri qeyd etdi: hərbi-sənaye kompleksinə investisiyalar, avadanlıq və hava hücumundan müdafiə sistemlərinin təchizatı, hava hücumundan müdafiə üçün döyüş sursatları, əsas çaplı mərmilər, uzaq mənzilli imkanlarımızın gücləndirilməsi...”, - o qeyd edib.

“Bundan əlavə, Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Aleksandr Sırski Hakan Fidana cəbhə xəttindəki vəziyyət barədə məlumat verib”, - Umerov əlavə edib.

QAZİLER.AZ

Diaspora